Netanyahudan toqquşmalarla bağlı daha bir açıqlama

Netanyahudan toqquşmalarla bağlı daha bir açıqlama

Məqsədimiz Qəzza zolağında düşmənə böyük bir dərs verməkdir.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu X hesabında yazıb.

“Səhər saatlarından İsrail dövləti müharibə vəziyyətindədir. Müharibədə insanlar ağıllı olmalıdır. Mən bütün İsrail vətəndaşlarını ali məqsədimizə – müharibədə qələbəyə nail olmaq üçün birləşməyə çağırıram. Bizim birinci məqsədimiz ərazimizə sızmış düşmən qüvvələri təmizləmək və hücuma məruz qalmış icmalarda təhlükəsizliyi və sabitliyi bərpa etməkdir. İkinci məqsəd Qəzza zolağında da düşmənə böyük bir dərs verməkdir. Üçüncü məqsədimiz isə başqa cəbhələri gücləndirməkdir ki, heç kim səhvən bu müharibəyə qoşulmasın”.

Xatırladaq ki, baş nazir bu açıqlamasından əvvəl də məsələyə münasibət bildirmişdi.

Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.

Teqlər: