İsrail Baş naziri Benyamin Netanyahu İranı nəzarət altına almaq üçün Bayden administrasiyası ilə təhlükəsizlik razılaşması əldə etməyə çalışır.
AzerTimes xəbər verir ki, bu barədə “Axios”saytı məlumat yayıb.
Məlumat görə, razılaşmanın Vaşinqton, İsrail və Səudiyyə Ərəbistanı arasında daha böyük anlaşma çərçivəsində olacağı bildirilib.
Qeyd olunub ki, Netanyahu ABŞ Prezidenti Co Baydenlə son telefon danışığı zamanı Vaşinqtonla təhlükəsizlik razılaşması məsələsini qaldırıb.