İsrailin Baş naziri Benyamin Netanyahu ispaniyalı həmkarı Pedro Sançes və Belçikanın baş naziri Aleksandr De Kroonun Qəzza ilə bağlı fikirlərinə reaksiya verib.
AzerTimes xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
Bildirilib ki, Netanyahu hər iki həmkarının İsrailin Qəzzada mülki qırğınları dayandırması ilə bağlı çağırışını və beynəlxalq humanitar hüquqa əməl etmədiyi barədə açıqlamalarını şiddətlə qınayıb.
Bununla yanaşı, İsrail xarici işlər naziri Eli Kohen də hər iki ölkə rəsmisini terrora dəstək verməkdə ittiham edib.
Həmçinin, İspaniya və Belçikanın İsraildəki səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar.