Netanyahudan gözlənilməz addım: Trampla olan şəklini “Twitter”dən sildi – FOTO

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla olan şəklini rəsmi “Twitter” hesabının arxa fonundan silib.

Yenicag.az xəbər verir ki, prezident seçkilərində məğlub olduqdan sonra atdığı addımlarla gündəmə gələn, hətta prezident səlahiyyətləri başa çatdıqdan sonra həbs ediləcəyi gözlənilən Donald Trampa növbəti “zərbə”ni İsrailin baş naziri Benyamin Netanyahu “vurub”.

Netanyahu rəsmi “Twitter” hesabının arxa fonundan Trampla olan şəklini silərək özünün koronavirus əleyhinə peyvənd olunduğu zaman çəkilmiş fotosunu yerləşdirib.

Media baş nazirin bu addımını “O da Trampı satdı” başlıqları ilə yayımlayıb.

www.yenicag.az