İsrail Baş naziri Benyamin Netanyahu Daxili Təhlükəsizlik Təşkilatının (Şin-Bet) tövsiyələrinə əsasən, Ramazan ayına fələstinlilərin Əqsa Məscidinə girişini məhdudlaşdıracaq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Belə ki, Ramazan ayında məsciddə məhdud sayda müsəlmanın ibadət etməsinə icazə veriləcəyi bildirilib.
Məsələ ilə bağlı yaxın günlərdə yekun qərar veriləcək.