İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 25-də Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşəcək.
AzerTimes xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin məlumatında deyilir.
“Baş nazir Benyamin Netanyahu cümə axşamı Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşəcək”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, bundan öncə Netanyahunun ABŞ-ın eks-prezidenti Donald Trampla görüşəcəyi barədə məlumat yayılıb.