İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə rəsmi səfərinin təşkili ilə bağlı danışıqlar aparılır. Yaxın həftələrdə səfərin baş tutacağı gözlənilir.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin “Detaly” nəşri yüksək rütbəli Təl-Əviv rəsmisinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, son bir ildə iki ölkə arasında münasibətlərdə uzun müddət davam edən soyuqlaşmadan sonra nəzərəçarpacaq istiləşmə müşahidə olunur.