İsrail Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə bir nəfərin öldüyü və ən azı altı nəfərin yaralandığı terror aktından sonra polis və orduya ehtiyatda olan hərbçiləri səfərbər etmək əmri verib.
AzerTimes xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
Baş nazir vətəndaşları təhlükəsizlik xidmətlərinin təlimatlarına əməl etməyə çağırıb.
Qeyd edək ki, ötən gün axşam saatlarında Təl-Əvivdə terror aktı törədilib. Nəticədə 1 nəfər ölüb, ən azı 6 nəfər yaralanıb.
Bundan əlavə, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi də terror aktından öncə ehtiyatda olan hərbçilərin orduya çağırıldığını bildirib.