

İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff fevralın 3-də Vaşinqtonda Qəzza razılaşmasının növbəti mərhələsi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.
AzerTimes xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
“Netanyahu Vitkoff ilə danışıb. Tərəflər razılaşıblar ki, gələn bazar ertəsi Vaşinqtonda keçiriləcək görüşdə girovlarla bağlı razılaşmanın ikinci mərhələsi üzrə danışıqlar başlayacaq”, – məlumatda qeyd edilib.