İsrail Baş naziri Benyamin Netanyahu qırmızı xətti keçir.
AzerTimes xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.
“Bəzən yanacaq verirlər, bəzən humanitar yardımdan imtina edirlər. Ötən həftə un daşıyırdılar. İndi də vəsaitlərin Qəzzadan nasistlərə çatmayacağı təminatını verməyən qərar qəbul edirlər”, – deyə nazir bildirib.
Qeyd edək ki, İsrailin hərbi-siyasi kabineti Fələstinin Qəzza zolağı üçün nəzərdə tutulan vəsaitlərinin dondurulması planını təsdiqləyib.