HƏMAS məhv edilənə və bütün girovlar azad olunmayana qədər İsrailin Qəzza zolağında müharibəsini dayandırmaq olmaz.
AzerTimes xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“İsrail həm cənubda, həm də şimalda təhlükəsizliyi bərpa etmək niyyətindədir. O vaxta qədər hər şeyi bir kənara qoyub, tam qələbə qazanana qədər birlikdə hərəkət etməyə davam etməliyik”,- o bildirib.