Netanyahu müdafiə nazirini vəzifədən azad etdi

Netanyahu müdafiə nazirini vəzifədən azad etdi

İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin yaydığı bəyanatda deyilir.

“Baş nazir Benyamin Netanyahu bu gecə müdafiə naziri Yoav Qalantı tutduğu vəzifədən uzaqlaşdırmağa qərar verdi”,- məlumatda deyilir.

Qeyd edək ki, Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.

Teqlər: