Netanyahu İsveçi qınadı: Bu biabırçı qərardır!

Netanyahu İsveçi qınadı: Bu biabırçı qərardır!

İsrailin Baş naziri Benyamin Netanyahu Tövratın yandırılmasına icazə verən İsveç hakimiyyətini qınayıb.

AzerTimes xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

“İsveç hakimiyyətinin İsrail səfirliyi qarşısında “Tanax”ın yandırılmasına icazə vermə qərarını qətiyyətlə pisləyirəm. İsrail dövləti yəhudi xalqı üçün müqəddəs olanı məhv etmək barədə bu biabırçı qərara qəti şəkildə mənfi yanaşır”, – Netanyahu bildirib.

O, bütün dinlərin müqəddəs kitablarına hörmət tələb edib.

Teqlər: