Netanyahu İsrailin baş naziri olacaq – Ekzit-poll

Netanyahu İsrailin baş naziri olacaq – Ekzit-poll

Ekzit-poll nəticələrinə görə, İsrailin keçmiş baş naziri, “Likud”un lideri Benyamin Netanyahu İsrailin növbəti baş naziri olacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Yerusalem Post” qəzeti yazır.

Belə ki, Likud, Dini Sionist Partiyası, Birləşmiş Tövrat Yəhudiliyi və “Şas”ın daxil olduğu Netanyahu bloku 61 yerlik həddi keçib və növbəti koalisiyanı qura biləcək. Bəzi məlumatlara görə, blok 62 yer alacaq.

Netanyahunun “Likud” partiyasının isə 30, yaxud 31, Lapidin “Yeş Atid” partiyasının isə 24 mandat qazanacağı gözlənilir.

Rəsmi nəticələr yalnız yaxın günlərdə açıqlanacaq.

Netanyahu artıq İsrailin ən uzunmüddətli baş naziri kimi adını ölkə tarixinə yazdırıb.

Qeyd edək ki, noyabrın 1-də İsraildə dörd il ərzində beşinci növbədənkənar parlament seçkiləri keçirilib.

Teqlər: