Netanyahu İsrailə xeyirdən çox ziyan vurur – Bayden

Netanyahu İsrailə xeyirdən çox ziyan vurur – Bayden

Netanyahunun (İsrail baş naziri – red.) İsraili müdafiə etmək, HƏMAS-ı təqibə davam etmək hüququ var, lakin atılan addımlar nəticəsində günahsız insanların ölümünə daha çox diqqət yetirməlidir.

AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden MSNBC telekanalına müsahibəsində deyib.

“Fikrimcə, o, dünyanın qalan hissəsinin İsrailin müdafiə etdiyi şeylərə qarşı çıxmasına səbəb olmaqla kömək etməkdən daha çox, İsrailə zərər verir. Və mən hesab edirəm ki, bu, böyük səhvdir”, – Amerika lideri bildirib.

Bayden İsrailin Rəfahda əməliyyat keçirməsinin “qırmızı xətt” olduğunu vurğulayıb, buna baxmayaraq, İsraili heç vaxt tərk etməyəcəyini də elan edib.

Teqlər: