İndiyə qədər görülən tədbirlər İranın nüvə proqramını on il geriyə salıb, lakin yalnız etibarlı hərbi təhdid onu tamamilə dayandıra bilər.
AzerTimes xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
Netanyahu İsrail hökumətinin başçısı postuna qayıtmasının ən mühüm səbəbinin İranın atom probleminin həlli olduğunu vurğulayıb:
“Təxminlərimizə görə, bizim çoxkomponentli səylərimiz nəticəsində ilkin planlarını yavaşlatdılar. Təxminən on il əvvəl indi olduqları yerdə olacaqlarını düşünürdülər. Biz onları ləngidə bildik, lakin tamamilə dayandıra bilmədik. Əgər siz İranın nüvə dövlətinə çevrilməsini istəmirsinizsə, onları dayandırmağın yeganə yolu hərbi təhdiddir”, – o bildirib.