İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi müşaviri Roman Hoffman Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı təmaslar üçün Moskvaya səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə Netanyahunun dəftərxanasından məlumat verilib.
Məlumata görə, Netanyahu bunu Qəzzada həlak olan Aleksandr Lobanovun valideynləri Oksana və Qriqori Lobanovlarla söhbəti zamanı deyib.