Netanyahu geri çəkildi: İslahatlar dayandırılır

Netanyahu geri çəkildi: İslahatlar dayandırılır

İsrailin Baş naziri Benyamin Netanyahu fraksiya liderləri ilə görüşdən sonra məhkəmə islahatlarını dayandırmaq niyyətində olduğunu bildirib.

AzerTimes xəbər verir ki, bu barədə “Radio Kan” məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl İsrail Prezidenti İshaq Hersoq ölkənin Baş nazirini və onun hökumətini kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarının qəbulunu dayandırmağa çağırıb. Prezident mitinqlərə görə ölkənin təhlükəsizliyi və iqtisadiyyatının təhdid altına düşdüyünü deyib.

Teqlər: