İsrailin Baş naziri Benyamin Netanyahu girovların azad edilməsi ilə bağlı razılaşmadan yayınır və onu gecikdirir.
AzerTimes xəbər verir ki, bu barədə HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü İzzət ər-Rişq deyib.
“Sazişi gecikdirən (girovların azad edilməsi ilə bağlı – red.) indi İsrail tərəfidir, xüsusən də Netanyahu saziş bağlamaqdan yayınır”, – deyə o bildirib.
HƏMAS üzvü onu da qeyd edib ki, girovların azad edilməsinə dair razılaşma atəşkəsdən əlavə, Qəzza zolağına yanacaq da daxil olmaqla, yardımın çatdırılmasını da əhatə etməlidir.