İsrail bazar günü səhər tezdən İrana hücum etmək qərarına gəlib, lakin bu plan Baş nazir Benyamin Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığından sonra ləğv edilib.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Bildirilib ki, Bayden İsrailə ehtiyatlı davranmağı və İranın hava hücumlarından uğurla müdafiə olunduqdan sonra Yaxın Şərqdə gərginliyin qarşısını almağı tövsiyə edib.
Qeyd edək ki, bundan öncə “Axios” yayımladığı məlumata görə, ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Təl-Əvivin İrana cavab hücumunu dəstəkləməyəcəyini bildirmişdi.