Netanyahu Britaniyanın XİN rəhbəri ilə görüşdən imtina etdi

Netanyahu Britaniyanın XİN rəhbəri ilə görüşdən imtina etdi

İsrailin Baş naziri Benyamin Netanyahu Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşdən imtina edib.

AzerTimes xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.

Məlumata görə, buna səbəb Londonun yəhudi dövlətinin hökumət başçısının həbsinə dair BCM-nin orderi ilə bağlı mövqeyinin dəyişməsi olub. Netanyahu Britaniyanın yeni hökumətinin mövqeyindən razı qalmayıb, ona görə də keçən həftənin sonunda İsrailə səfər edən XİN rəhbərini qəbul etməyib.

Teqlər: