İsrailin Baş naziri Benyamin Netanyahu həftə sonu ABŞ Prezidenti Co Baydenə telefon danışığında İsrail ordusunun Qəzzanın cənubundakı Xan Yunis bölgəsində davam edən əməliyyatının daha 3-4 həftə davam edəcəyini bildirib.
AzerTimes xəbər verir ki, bu barədə İsrailin “13-cü kanal”ı diplomatik mənbəyə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, Bayden administrasiyasının bundan sonra Qəzzada döyüşlərin daha hədəfli və intensivliyinin daha az olacağını gözlədiyi güman edilir.
Qeyd edək ki, bundan öncə ABŞ-ın dekabrın sonuna qədər döyüşlərin dayanması üçün İsrailə tələb qoyduğu barədə məlumat təkzib edilmişdi.