Netanyahu atəşkəsdən danışdı: Planı təqdim edirəm

Netanyahu atəşkəsdən danışdı: Planı təqdim edirəm

Bu axşam mən Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edirəm. Bu atəşkəsin müddəti baş verəcək hadisələrdən asılıdır.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

“ABŞ-la tam əməkdaşlıq edərək, biz tam hərbi fəaliyyət azadlığını saxlayırıq. Hizbullah razılaşmaları pozsa və silahlanmağa çalışsa, hücum edəcəyik”, – baş nazir vurğulayıb.

Qeyd edək ki, bu gün İsrail Livanla atəşkəs razılaşmasını təsdiqləyib.

Teqlər: