İsrail Ukraynaya humanitar yardımlardan başqa hərbi yardımlar da göstərməyi düşünür.
AzerTimes xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“İsrail də, açığını desəm, İranın Ukraynaya qarşı istifadə edilən silah tədarükünə qarşı fəaliyyət göstərir. Rusiya ilə çətin münasibətlərlə bağlı narahatlıqlar fonunda İsrail Ukraynaya başqa növ yardımlar göstərməyi düşünür”, – Netanyahu bildirib.
Qeyd edək ki, rəsmi Kiyevin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, İsrail Ukraynaya hərbi yardım göndərməkdən imtina etmişdi.