Respublikaçı və Demokrat liderlər İsraillə həmrəy olduqlarını göstərmək üçün bu ölkənin Baş naziri Benyamin Netanyahunu ABŞ Konqresinin birgə iclasında çıxış etməyə dəvət ediblər.
AzerTimes xəbər verir ki, artıq bununla bağlı İsrail hökumətinə məktub da ünvanlanıb.
“ABŞ və İsrail arasındakı həmrəyliyi vurğulamaq məqsədi ilə sizi İsrail hökumətinin demokratiyanın müdafiəsi, terrorizmlə mübarizə və regionda davamlı və ədalətli sülhə dair baxışınızı bölüşmək üçün Vaşinqtona dəvət edirik”, – məktubda bildirilib.