İsrail HƏMAS-ın əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.
“Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) səslənirəm: Kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Seçim sizindir. Nəticə istənilən halda eyni olacaq. Biz bütün girovları geri qaytaracağıq”, – deyə o bildirib.