Nəsrullahın ölümünə görə İranı diqqətlə izləyirik – ABŞ

Nəsrullahın ölümünə görə İranı diqqətlə izləyirik – ABŞ

ABŞ Prezidenti Co Baydenin administrasiyası Hizbullahın baş katibi Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsinə İranın, Hizbullah hərəkatının, eləcə də İraq və Suriyadakı qrupların mümkün cavablarını diqqətlə izləyir.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Hizbullah, İran və İraq və Suriyadakı qrupların necə və nə vaxt reaksiya verəcəyini anlamaq üçün bunu çox diqqətlə izləyirik. Biz hansısa formada cavab verməyə hazır olmalıyıq”, – o, ABC telekanalında bildirib.

Teqlər: