İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi İsrailin Livan və Fələstinə hücumlarını müzakirə etmək üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə sammitini çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” yazıb.
K.Qaribabadi BMT Baş Assambleyasında çıxışı zamanı vurğulayıb ki, islam dünyası dönüş nöqtəsindədir və bir sıra ciddi problemlər, xüsusilə prioritet olan Fələstin məsələsi ilə üz-üzədir.
İranlı diplomat Livan və Qəzzadakı xüsusi vəziyyəti nəzərə alaraq, İƏT-ə üzv ölkələrin dövlət başçılarının təcili iclasının keçirilməsini təklif edib.