“Əl-Ərəbiyyə” televiziyasında 2 gün əvvəl qonaq olan Livandakı Ərəb İslam Şurasının baş katibi Məhəmməd Əli əl-Hüseyninin Hizbullah lideri Həsən Nəsrullahla bağlı dedikləri sosial şəbəkələrdə marağa səbəb olub.
AzerTimes xəbər verir ki, bununla bağlı X sosial şəbəkə platformasında verilişdən bir fraqment paylaşılıb.
Videoda o, Nəsrullaha müraciətlə artıq vəsiyyətini yazmalı olduğunu bildirib:
“Vəsiyyətini yaz. İran səni və qrupunu satdı. Başının qarşılığı olaraq İranın hansı razılaşma əldə etdiyini bilsən, hər şey tərsinə dönər. Sənə Qüdsü göstərənlər səni satdı. Ümid edirəm, gec olmadan hər şeyin fərqinə vararsan”.
Qeyd edək ki, ötən gün İsrailin Beyruta endirdiyi zərbələr nəticəsində Hizbullah lideri Həsən Nəsrullahı öldüyü bildirilir.