Nəsiminin qəzəllər toplusu Fransada işıq üzü gördü

Nəsiminin qəzəllər toplusu Fransada işıq üzü gördü

Dövlət Tərcümə Mərkəzinin klassik Azərbaycan ədəbiyyatının beynəlxalq fikir müstəvisində təbliği istiqamətində fransız dilində ərsəyə gətirdiyi “Les Nous divins s’ourrent sur ton visage – Imadeddin Nassimi” (“Haqq yolu mən özüm oldum – İmadəddin Nəsimi”) kitabı Fransada nəşr olunub.

Mərkəzdən AzerTimes-a bildirilib ki, Parisin məşhur “Hemispheres editions & Maisonneuve Larose” nəşriyyatında çap olunmuş kitaba dahi şairin 200-dən çox qəzəli, tuyuq və rübailəri daxil edilib. Əsərlərdə istifadə olunan bəzi mürəkkəb söz və ifadələr izah və şərhlərlə verilib.

Nəsiminin həyat və yaradıcılığını əks etdirən “Ön söz”ün və əsərlərin fransız dilinə tərcümə müəllifi tanınmış Ukrayna şairi, tərcüməçi Dmitri Çistyak, izah və şərhlərin müəllifi Püstə Axundovadır.

Teqlər: