Nəsimi rayonunda narkotik alverçiləri saxlanılıb (FOTO/VİDEO)

Paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, nəticədə
narkotik vasitələrin satışı ilə məşğul olan 3 nəfər saxlanılıb,
qanunsuz dövriyyədən 5 kiloqramdan artıq müxtəlif xassəli narkoik
vasitə və psixotrop maddə çıxarılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri
ilk əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan Elvin
Hüseynov saxlanılıb. Bu şəxsdən 5 kiloqram 10 qram heroin və
narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi
aşkar olunub.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar
zamanı paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul
olan Abşeron rayonn sakini Şahin Qurbanov və Lalə Məmmədova
saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 50 qrama yaxın heroin,
metmfetamin və elektron tərəzilər aşkar edilib.


Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslərin
hər biri xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi
ilə əlaqə yaradaraq həmin şəxslərin ölkə ərazisinə müxtəlif
qanunsuz yollarla göndərdikləri narkotikləri qəbul ediblər.
Həmçinin saxlanılan şəxslərin hər biri ölkə ərazisində narkotik
vasitələrin satışını təşkil etməyə, gəncləri və yeniyetmələri
narkokuryerliyə cəlb etməyə çalışıblar.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Elvin
Hüseynov, Şahin Qurbanov və Lalə Məmmədova barəsində məhkəmələrin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: