Nəsimi rayonunda ağacın dibi betondan təmizlənib

Xəbər - Çingiz Səfərli – Trend:

Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 148 ünvanında ağacın dibinin asfaltlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Bunu AzerTimes-a xidmətin rəsmisi Vaqif Cavadov deyib:

“Əməkdaşlarımızın nəzarəti altında Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən sözügedən ağacın dibi asfaltdan təmizlənib və ona aqrotexniki xidmət göstərilib”, – deyə o bildirib.


Twitter: @cingizsafarli

Teqlər: