Nərminin qətli: məhkəmə araşdırması yekunlaşdı

Nərminin qətli: məhkəmə araşdırması yekunlaşdı

Bu gün İlkin Süleymanovun məhkəməsində 2 ekspert və 1 şahid ifadə verib, hakim məhkəmə araşdırmasını başa çatmış elan edib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmədə 2 ekspert və Nərmin Quliyevanın nənəsi ifadə verib.

Bundan sonra hakim Dadaş İmanov Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun məhkəmə araşdırmasının başa çatdığını elan edib.

Növbəti məhkəmə iclası mayın 3-nə təyin olunub.

Teqlər: