Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
AzerTimes xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi materiallarının elan edilməsi və tədqiqi aparılıb. Məhkəmə prosesi 2 saata yaxın davam edib.
Məhkəmə prosesində İlkin Süleymanov ibtidai istintaq zamanı ifadələrin bir çoxunu təzyiq altında verdiyini qeyd edib. Təqsirləndirilən şəxsin vəkillərinin sözlərinə görə, İlkin yanlış ifadələr verməyə məcbur edilib.
Məhkəmə prosesindən sonra Nərmin Quliyevanın atası Şərif Quliyev mətbuata açıqlama vermək istəməyib.
Məhkəmə prosesi avqustun 31-nə təxirə salınıb.