Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə düşüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclası təxirə düşüb.
Buna səbəb, ifadə vermək üçün məhkəməyə dəvət olunan ekspertlərərin (ilk olaraq 3 ekspert dəvət olunub) məhkəməyə getməməsi və həmçinin hakimin verdiyi qərara əsasən məhkəməyə təqdim olunmalı olan maddi sübutların məhkəməyə təqdim edilməməsi olub.
Növbəti məhkəmə iclası fevralın 8-nə təyin olunub.