Nərmin işi: İlkin həbsdə multfilmə baxıb?

Nərmin işi: İlkin həbsdə multfilmə baxıb?

Cinayət işinin materiallarında İlkin Süleymanovun telefonundan müxtəlif vaxtlarda “Maşa və Ayı”, “Tom və Cerri” və s. cizgi filmlərinə baxıldığı iddia olunur. Bu barədə ekspert rəyi var. Belə fikir yaradılır ki, İlkin uşağa onu saxladığı müddətdə cizgi filmləri göstərirmiş.

AzerTimes xəbər verir ki, bu barədə məhkəmə prosesini əvvəldən izləyən jurnalist Aytən Məmmədova qeyd edib.

O bildirib ki, cizgi filmlərinə baxışın cəmi 5-10 saniyə, bəzilərinə hətta 2 saniyə baxıldığı ciddi şübhə oyadır:

“Ekspert rəyində göstərilib ki, İlkin Süleymanov yanvarın 8-də də o telefonda qadın fotolarına və başqa şeylərə baxıb. Halbuki İlkinin yanvarın 6-dan artıq Tovuz Rayon Polis Şöbəsində saxlandığı 1 il davam edən məhkəmədə sübut olunub. Bunu hətta Nərminin valideynləri, başqa qohumları da təsdiqlədilər. Baxmayaraq ki, prokurorluq İlkinin yanvarın 10-da tutulmasını rəsmiləşdirib.

İndi sual ortaya çıxır: İlkin polis şöbəsində olanda onun telefonuna kimlər müdaxilə edib, qadın şəkli və s. materiallara kimlər baxıb?

Yoxsa ekspertiza saxta rəy verib”.

Teqlər: