Nəriman Axundzadə “Molde”yə transfer olunur?

Nəriman Axundzadə “Molde”yə transfer olunur?

Norveç təmsilçisinin idman direktoru Oysteyn Neerland “Qarabağ”ın və Azərbaycan yığmasının hücumçusu Nəriman Axundzadənin “Molde” klubuna transferinin baş tutmaması haqqında danışıb.

AzerTimes Futbolinfo.az-a istinadən xəbər verir ki, o, açıqlamasında Nəriman Axundzadənin mümkün transferi ilə bağlı yeniliyin olmadığını bildirib.

“Transfer pəncərəsi bağlandı və hazırda açıq deyil. Bu səbəbdən qarşıdakı aylarda da heyətimizə yeni oyunçu qata bilməyəcəyik. Zamanı gələndə bu məsələyə yenidən baxa bilərik”, – deyə Neerland qeyd edib.

Teqlər: