Nərgiz Zakirovanın döyməsi Rusiyanı qəzəbləndirdi – Foto

Nərgiz Zakirovanın döyməsi Rusiyanı qəzəbləndirdi – Foto

Putin hakimiyyətini və Rusiyanın Ukraynaya hücumunu pisləyən məşhur rusiyalı müğənni, özbək əsilli Nərgiz Zakirova yeni döymə etdirib. Döymədə ukraynalı millətçi və siyasətçi Stepan Bandera təsvir olunub.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

O, siyasətçinin şəklini Ukrayna Millətçiləri Təşkilatının bayrağı ilə birləşdirib. Sənətçinin bu hərəkəti Rusiyada qəzəblə qarşılanıb.

Qeyd edək ki, Nərgiz ukraynayönlü mövqeyi ilə tanınır, buna görə 2022-ci ildə Rusiya müğənninin 50 il ərzində ölkəyə girişini qadağan edib. Hazırda ifaçı ABŞ-da yaşayır.

Teqlər: