Nərgiz Paşayeva “Şərəf” ordeni ilə təltif edildi

Nərgiz Paşayeva “Şərəf” ordeni ilə təltif edildi

Nərgiz Arif qızı Paşayeva “Şərəf” ordeni ilə təltif edilib.

AzerTimes xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, bu gün filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü Nərgiz Paşayevanın 60 yaşı tamam olur.

Teqlər: