NEQSOL Holding menecerləri üçün Liderlik Səyahəti Proqramına start verib (FOTO)

NEQSOL Holding menecerlərini daha da inkişaf etdirməyə və
liderlik bacarıqlarının təkmilləşməsinə dəstək göstərmək üçün
Liderlik Səyahəti proqramına başlayıb.

Holdinqin rəqabət qabiliyyətini dəstəkləmək və daha böyük uğur
əldə etmək məqsədi daşıyan proqram üç moduldan ibarətdir və hibrid
formatda həyata keçirilir: əyani təlimlər, qrup kouçinq və tanınmış
CrossKnowledge platformasından onlayn öyrənmə. Proqram
iştirakçıları NEQSOL Academy platforması vasitəsilə onlayn öyrənmə
ekspertlərinin eksklüziv materiallarından faydalana bilərlər.
Holdinqin 155 meneceri Liderlik Səyahəti Proqramında iştirak
edirlər.

NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç
bildirib: “NEQSOL Holding-in liderləri müxtəlif bizneslərimiz və
mədəniyyətlərimiz arasında əlaqələrin inkişafı üçün birlikdə
çalışırlar. Əminik ki, bizim Liderlik Səyahəti proqramımız holdinq
daxilində uyğunlaşma və sinerjini daha da gücləndirməyə imkan
verəcək”.

NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq
şirkətlər qrupudur.

Teqlər: