NEQSOL Holding “Davamçıların Hazırlanması Proqramı”na görə daha bir beynəlxalq mükafata layiq görülüb

NEQSOL Holding “Davamçıların Hazırlanması Proqramı”na görə davamçıların hazırlanması və karyera idarəetmə kateqoriyasında Gold Stevie® Award nüfuzlu beynəlxalq mükafatına layiq görülüb. Proqram yüksək səmərəliliyi qoruyaraq, holdinqin idarəetmə komandası üçün dəyərli, konstruktiv karyera inkişafı imkanlarını və strateji hədəflərinə çatması üçün zəruri istedadların olmasını təmin edir.

Stevie® Awards for Great Employers dünyada ən yaxşı işəgötürənlərə təqdim olunan beynəlxalq mükafat proqramıdır. Davamçıların hazırlanması və karyera idarəetmə kateqoriyası, menecmentin və aparıcı istedadların karyera davamlılığını idarə etmək üçün strategiyalarını və yanaşmalarını qiymətləndirir.

Bu, NEQSOL Holding-in son bir neçə həftə ərzində “Davamçıların Hazırlanması Proqramı”na görə layiq görüldüyü ikinci nüfuzlu beynəlxalq mükafatdır. Proqram holdinqdə yüksək məmnuniyyət və müvəffəqiyyət göstəricilərinə görə münsiflər heyəti tərəfindən dəyərləndirilib. NEQSOL Holding proqramın müxtəlif biznes funksiyalarında və regionlarda uğurlu inteqrasiyası üçün də yüksək qiymətləndirilib.

NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib:

“Bizim proqramın daha bir nüfuzlu beynəlxalq təşkilat tərəfindən tanınmasına görə çox məmnunuq. Genişlənməyə davam edərək, holdinqin inkişafına dəstək verə biləcək güclü, əməkdaşlığa hazır və etibarlı liderlərdən ibarət komandanın inkişafına çalışırıq. İnsan kapitalı əsas aktivimizdir və komandamızın güclü menecment tərəfindən dəstəkləndiyini hiss etməsi üçün davamlı olaraq səylər göstəririk. Bu nüfuzlu beynəlxalq mükafata layiq görüldüyümüz üçün çox məmnunuq.”

NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

Stevie® Awards mükafatı, Stevie® Awards for Great Employers daxil olmaqla səkkiz proqram çərçivəsində təqdim olunur. Beynəlxalq müsabiqəyə hər il 70-dən çox ölkədən 12000-dən çox müraciət göndərilir. Bütün növ və böyüklükdə təşkilatlara və oradakı insanlara hörmətlə yanaşan, Stevie®, bütün dünyada iş yerində üstün nailiyyətləri qiymətləndirir.

Teqlər: