Rövşən Rüstəmov nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, R.Rüstəmov Azərbaycan Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.
R.Rüstəmov 1980-ci ildə anadan olub.
1997-2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb.
2001-2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
2004-2007-ci ildə iqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2004-2012-ci ildə “Azərpoçt” MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.
2012-2014-cü ildə “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində çalışıb.
2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirmişdir. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli Sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib.
2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.
Rövşən Mürvət oğlu Rüstəmov