Nəqliyyat kommunikasiyalarının açılması Qarabağda vəziyyətin sabitləşməsinə xidmət edəcək – Lavrov

Rusiya əmindir ki, bölgədəki ölkələrin və qonşuların, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə nəqliyyat kommunikasiyalarının açılması, Cənubi Qafqazda çoxşaxəli iqtisadi əməkdaşlığın təşviqi üzrə səylər Qarabağda vəziyyətin hərtərəfli sabitləşməsinə xidmət edəcək.

AzerTimes-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.

S.Lavrov qeyd edib ki, görüş zamanı Cənubi Qafqazdakı vəziyyəti, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində əldə olunan üçtərəfli razılaşmalar ətraflı müzakirə edilib:

“Bakı və Yerevana inam tədbirlərinin gücləndirilməsi də daxil olmaqla, münasibətlərin normallaşdırılması üzrə praktik məsələlərdə kömək etmək məqsədilə səylərimizi əlaqələndərmək üçün razılığa gəldik. Biz atəşin dayandırılması və bütün hərbi əməliyyatlara nəzarət edilməsi üzrə Azərbaycanın Ağdam rayonunda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən məmnunuq”.

Teqlər: