Sakit Okeanda yaranan və hazırda əsas Yaponiyanın əsas hissəsinə doğru irəliləyən güclü “Nepartak” tayfunu bu gün səhər “Xonşu” adasının şimal-şərq hissəsində olacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi bildirib.
Proqnoza əsasən, ölkənin şimal-şərqində 200 mm-ə qədər, paytaxt bölgəsində isə 100 mm-ə qədər yağıntı düşəcək. Tayfunun mərkəzi hissəsində küləyin sürəti 30 m/s-ə qədər çatır və Honşu adasına yaxınlaşdıqda 35 m/s-ə qədər arta bilər.