Nepal hökuməti baş verən təyyarə qəzasından sonra ölkədə 1 günlük matəm elan edib.
AzerTimes xəbər verir ki, bu barədə “Online Khabar” məlumat yayıb.
“Hökumət təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı vermək üçün bazar ertəsi gününü qeyri-iş günü elan edib”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Nepalda 72 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb. Son məlumatlara görə, təyyarədə olanların hamısı həlak olub.