Nepalın qərbində 5,6 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, Zəlzələ zamanı binanın uçması nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Hazırda ərazidə axtarış-xilasetmə işlərinin aparıldığı bildirilir.