Nepalın “Saurya” Hava Yolları şirkətinə məxsus təyyarə Katmandunun Tribxuvana Beynəlxalq Hava Limanında qəzaya uğrayıb və yanıb.
AzerTimes xəbər verir ki, təyyarədə 19 nəfər olub. Xilasedicilər təyyarədən 5 nəfərin cəsədini çıxarıblar. Təyyarənin kapitanı sağ qalıb və xəstəxanaya aparılıb.
Təyyarənin Katmandu-Pokxara reysi ilə uçduğu məlum olub. Yerli mətbuatın xəbərinə görə, təyyarədə aviaşirkətin əməkdaşları olub.
Yanğınsöndürənlər və təcili tibbi yardım maşınları hadisə yerindədir.