14.05.2022-ci il tarixində “Bank Respublika”nın Baş ofisində
Neokart sahibləri üçün “NeoKartla qazan!” stimullaşdırıcı
lotereyanın ikinci tirajının uduşu keçirilib.
“NeoKartla qazan!” adlı lotereyada iştirak hüququ əldə etmək
üçün 25.10.2021 – 01.05.2022-ci il tarixləri ərzində ölkə daxilində
və xaricində, eləcə də internet üzərindən NeoKart ilə mal və ya
xidmətlər üzrə minimum 10 AZN (vəya ekvivalenti) məbləğində nağdsız
ödəniş etmək zəruri idi. NeoKart Standard ilə hər 10 AZN (vəya
ekvivalenti) məbləğində nağdsız ödəniş kart sahibinə 1 uduş şansı,
NeoKart Premium kartı ilə isə, hər 10 AZN (vəya ekvivalenti)
məbləğində nağdsız ödəniş kart sahibinə 5 uduş şansı
qazandırırdı.
İkinci tirajda 01.01.2022 – 01.05.2022-ci il tarixləri ərzində
həyata keçirilən əməliyyatlar üzrə əldə edilmiş şanslar, eləcə də
birinci tirajda əldə olunan şanslar iştirak ediridi.
5 nəfərdən ibarət müstəqil komissiya üzvünün iştirak etdiyi
lotereyanın ikinci tirajında 154 nəfər qiymətli hədiyyələr və pul
mükafatları, 1 nəfər isə Super hədiyyə olan Toyota RAV4 LOW
2.5L Hybrid avtomobilini qazandı.
Bununla da, ötən ildən start götürən lotereyada 255
nəfər NeoKart sahibi qiymətli hədiyyələrin və pul mükafatlarının
sahibi oldu!
“NeoKartla qazan!” lotereyasının ikinci tirajında
hədiyyə qazanmış müştərilərin
siyahısı
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram,
linkedin
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.