Nensi Pelosinin həyat yoldaşına evində hücuma edildi

Nensi Pelosinin həyat yoldaşına evində hücuma edildi

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosi San-Fransisko şəhərindəki evində hücuma məruz qalıb.

AzerTimes xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Qeyd olunur ki, naməlum şəxs evə daxil olaraq P.Pelosiyə xəsarətlər yetirib. Nəticədə Pol Pelosi xəstəxanaya yerləşdirilib, onun həyatına təhlükə olmadığı deyilir.

Hücum edən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin motivləri ilə bağlı araşdırma aparılır.

Nensi Pelosinin hücum zamanı San-Fransiskoda olmadığı bildirilib.

Teqlər: