Nemtsov da fevralda qətlə yetirilmişdi: Konspiralogiya, yoxsa?..

Nemtsov da fevralda qətlə yetirilmişdi: Konspiralogiya, yoxsa?..

Xəbər verdiyimiz kimi, bu gün rusiyalı müxalifətçi Aleksey Navalnı saxlanıldığı 3 saylı cəzaçəkmə müəssisəsində ölüb.

AzerTimes xəbər verir ki, Navalnının ölümü ilə bağlı Rusiyada sosial şəbəkə istifadəçiləri maraqlı iddia ortaya atıblar.

İddialara görə, Prezident Vladimir Putinin Rusiyada ən böyük rəqibinin fevral ayında ölməsi təsadüf deyil. Onlar bunu 2015-ci ilin fevralın 27-də Kreml divarları yaxınlığında öldürülən məşhur müxalif siyasətçi Boris Nemtsovun qətli ilə əlaqələndirirlər.

Bildirirlər ki, hər iki siyasətçinin, üstəlik, Putinin ən böyük rəqiblərinin məhz fevral ayında ölməsi təsadüf sayıla bilməz.

Teqlər: